top of page

RÖPORTAJ

İmamyar HASANOV

İlk defa sizin sayfanızdan bildiriyorum ki Events Across Turkey ile 2018 yılından itibaren Türkiye'nin bütün şehirlerinde, dünyanın tanınmış sanatçılarının benimle sentezini takdim edeceğiz.

  • Merhaba Sevgili İmamyar Hasanov, öncelikle TuvART’a hoş geldiniz demek istiyorum.

  • Çox sağolun Elçin xanım. Mən də sizləri və bütün oxucularımızı salamlayıb, proqramınıza də’vət etdiyiniz üçün sizə və TuvART.com’a öz minnətdarlığımı bildirirəm.

  • Sanat eğitiminizde birbirinden değerli adlar var; Arif Esadullayev, Mütellim Novruzov, Hamil Aslanov, Ağacebrayil Abaseliyev gibi. Tam olarak sanat eğitiminiz ne zaman ve nasıl başladı, bize biraz bahsedebilir misiniz?

  • Mən, kamançanı 10 yaşında olarkən atam Fikrət Həsənovun təklifilə öyrənməyə başladım. Atam mənə öncə tar alətini təklif etdi. Amma o vaxt musiqi məktəbində tələbkar tar müəllimi olmadığından və eyni zamanda  çox bilikli və tələbkar olan kamança müəllimi Hamil Aslanovu tanıyıb dostluq etdiyindən, kamança alətini öyrənməyimə qərar verdi. Bunun üçün atama minnətdaram. Sonralar isə yaşa dolduqca bunun bir təsadüf olmadığını anlayıb, Tanrımın mənə lütf edib bu sənətə yönəltməsini açıq-aydın anladım və buna görə Tanrıma şükürlər edirəm.

  • Eğitimini aldığınız bu değerli sanatçılarımızdan sadece teknik değil aynı zamanda bir de kültür mirası aldığınızı söyleyebiliriz sanırım. Sizin bugünkü tarzınızın oluşumunda en çok hangi isim üzerinde durabiliriz?

  • Musiqi məktəbində oxuduğum illərdə Hamil Aslanovdan, Musiqi Kollecində Mütəllim Novruzov və Arif Əsadullayevdən, Konservatoriya illərində isə Ağa Cəbrayıl Abasəliyevdən dərslər almışam. Amma bu illər ərzində mənə şəxsən dərs verməmiş, amma sənət yaradıcılıqlarından yararlandığım Habil Əliyev və Ədalət Vəzirov da olub. Amma sualınızı dəqiq cavablandırmaq üçün onu deyə bilərəm ki, bugünkü ifa tərzimi nəzərə alsaq, kamança müəllimlərimdən əlavə, Azərbaycan, Türk, İran, Hindistan, İspan, İtalian, Meksikan ve sairə millətlərin korifey sənətkarlarından da bəhrələnirəm.

  • Kendinize has tarzınızın en göze çarpan performansı şüphesiz ki “Ay Işında” adlı çalışmanız. Bunu da Laçin takip ediyor. Ancak çalışmalarınız büyük bir yoğunlukla ve dünya çapında devam ediyor. Farklı gruplarla, farklı ortak performanslarınızı takip ediyoruz. Bu düet çalışmalar, trio ve daha fazla olmak üzere mevcut. Ancak ben sizin kesinlikle bir solo sanatçısı olduğunuzu düşünüyorum ve bu yönde çalışmalarınıza ağırlık vermenizden mutluluk duyuyorum. Değerli Cengiz Sadıkov ile birlikte güzel bir albüm çıkardınız. Feridem başta olmak üzere çok da güzel eserleri birlikte yorumladınız. Fakat ben solo albümünüzü merak ediyorum. Böyle bir çalışmanız şu an var mı? Ya da projeleriniz arasında ilerleyen zaman için yer alacak mı?

  • Çox gözəl məqama toxundunuz. Kamança mənim üçün bir alət deyil. O, mənim ürəyimdə oxuyub, səs tellərimdən çıxara bilmədiyim, ürəyimin səsidir. Bu səbəbdən mən daha çox solo ifalarıma üstünlük verirəm. Ümumiyətlə bütün ifalarımda, öz ürək sözümü və mesajımı dinləyicilərimə çatdırmağa çalışıram. Hal-hazırda ilk solo albomum üzərində çalışıram, in şa Allah tezliklə dinləyicilərimizə təqdim edəcəyəm.

  • Uzun bir süredir Amerika’da yaşıyorsunuz. Sanat yaşamınızı da burada sürdürmeye devam ediyorsunuz. Bu bir gereklilik miydi sanat açısından, yoksa bireysel sebepler ile mi yaşamınızı orada sürdürme kararı aldınız?

  • Mən buna, Tanrımın mənə bəxş etdiyi qismətim kimi baxıram. Çünki, vaxt aşırı mən də özüm-özümə bu sualı vermişəm. Tamaşaçı və dinləyicilərimdən aldığım səmimi ürək sözlərindən də bu nəticəyə gəlmişəm. 17 ildirki, Amerikada yaşayıram. Bura planlı şəkildə yox, çox təsadüfü şəkildə gəlmişəm.  “ Burada yaşamağım mənə nəinki Azərbaycan xalqını, Türk millətini, hətta bütün dünya xalqlarını sevməyi, onlara hörmətlə yanaşıb, bir musiqiçi kimi sənət və mədəniyətlərindən bəhrələnmeyi öyrətdi. Buna görədə özümü çox şanslı hesab edirəm."

  • Uluslar arası çalışmalar yapmak için bir sanatçının kendi ülkesinde ya da başka bir ülkede yaşamasını nasıl değerlendirirsiniz? Sizce hangisi daha iyidir? Ya da arada bir fark yok mudur?

  • Arada fərq var və çoxdur. Bir sənətkar kimi öz vətənindən kənarda yaşayanda, öz ölkəndə gedən musiqi cərəyanlarını çox fərqli görürsən və başqa xalqların musiqilərinə də baxışın bir başqa olur və bu da xalqlar arası sintezlərin yaranmasında çox mühüm rol oynayır.

  • Türklerin geniş coğrafyalarda, geniş kültür ve medeniyetleri bugün bugün keşfedilen yönleriyle de insanları hayrete düşürüyor. Ancak bununla birlikte bazı olumsuz durumlar da yaşıyoruz. Mesela birileri çıkıp diyor ki “Baklava, lokum ve kahve benimdir.” Bir diğeri diyor ki “bu Düdük benimdir.” Başka biri de çıkıp diyor ki “Mugam benim müziğimdir.” Alanınızla ilgili olarak biliyorum ki benzer tartışmalar var. Plus sayfamda bir kişi ile Kamança üzerine çok tartıştık ve kesinlikle kabul etmedi ki Kamança bir Türk enstrümanıdır. İlla da onun bir Ermeni çalgısı olduğunu iddia etti. Amerika’da Kamança’nın aynı şekilde Ermeniler tarafından “Bizimdir” ve Persler tarafından yine “Bu kesinlikle bizimdir” diye iddiaların olduğunu biliyorum. Sizin bu anlamda çalışmalarınız, dikkatle takip edilmelidir. Çünkü Kamança’nın bir Türk enstrümanı olduğu yönündeki faaliyetlerinizi ve duyarlılığınızı, sizinle gurur duyarak takip ediyorum. Şu an durum tam olarak nasıl bu konuda? Kamança, hangi millete isnat edilerek anılıyor? Bu konudaki gelişmeleri, önerilerinizle birlikte bizimle paylaşır mısınız?

  • Bu sual mənə çox verilib və mən de bu neticəyə gəlmişəm ki, bu suala cavabı tarixdən ala bilmirik. Çünki, tarixlər həmişə başqa-başqa dövürlərdə təhrif olunub. Hər xalqın nümayəndəsi onu öz xalqının adına çıxarır və tarixi dəlillər də göstərirlər.  "Mənim fikirimcə, kamança alətini hansı millətin sənətçisi dindirə bilib, müxtəlif millətlərin dinləyicilərinə eyni hissi duydura bilibsə, deməli bu alət o millətə, ana dili kimi daha yaxındır."

  • İmamyar Hasanov adı benim için son derece düzgün bir karaktere sahip bir insandır aynı zamanda. Gelmiş olduğunuz noktaya rağmen nezaketinizi korumanızdan dolayı kendi adıma teşekkür ederim. Hayranlarınızla diyaloglarınız da takip ettiğim kadar yine aynı nezaket çerçevesi dahilinde ilerliyor. Bu da sizi çok sevilen bir kişi haline getiriyor. Birbirinden farklı düşünce ve millete tabi insanların gönlünü fethetmek aslında zordur ve siz zor olanı başarmış gibi görünüyorsunuz. Birçok farklı devletin sanatçılarıyla da ortak çalışmalarınız var. Dünya barışı adına konuşacak olursak; güzel karakterli sanatçılarımızın bu barışçıl faaliyetleriyle, sizce dünyamıza bir nebze de olsa huzur gelebilecek mi? Çünkü sanatçılar aynı zamanda birer evrensel barış elçisidir.

  • Çox düzgün söylədiniz (Sanatçılar barış elçisidir). Mən buna şübhəsiz, bütün qəlbimlə inanıram. Tələbələrimə də bunu tövsiyə edirəm. Bir yaxşı, gözel ifaçı olmaq üçün çox şey tələb olunmur, sadəcə zəhmət çəkib buna nail ola bilərsən. Amma gözəl, sevilən sənətkar olub, ifalarınla insanlara dostluq, sevgi və sülh kimi mesajları verib onları bir araya gətirmək hər sənətkara qismət olmur. Bunun üçün hayatda özünə bu istiqamətdə aydın bir yol seçməlisən və bu yolla, heç-bir çətinliklərə baş əymədən, onları keçib məqsədinə çata bilərsən. Elə bu səbəbdən də Barış elçiləri çox az olur.

  • Biraz da teknik konulardan bahsetmek isterim. Aslında “o bizim, yok hayır bizim” gibi tartışmaların çıkmasına sebep olan Kamança’nın farklı biçimlerinin olmasıdır. Kamança’yı ve çeşitlerini bize anlatabilir misiniz? Sizin kullanmış olduğunuz Kamança’lar, hangi özelliklere sahip?

  • Az öncə kamançanın kimə məxsus olduğu haqda öz fikrimi bildirdim. Fəqli ölkələrdən olan kamançaların fərqlərinə gəldikde isə onlar, ölçü, səs və ifa tərzlərilə bir-birilərindən seçilirlər. Məsələn: mənim 3 növ kamançalarım var. 4 simli, 5 simili, çanağında dəri olan və dəri olmayan. Bunlar bir-birilərindən tamamilə fərqlənirlər amma onları bir araya gətirən mənim ifa tərzimdir. 
    "Ay İşığında" mahnısını, çanağında dəri olmayan, 4 simli Kamança-Tarhu ilə ifa etmişəm.
    "Laçın" mahnısını, çanağında dəri olan, 4 simli kamança ilə ifa etmişəm.
    "Gecəler Bulaq Başı" mahnısını isə, 5 simli kamança ilə ifa etmişəm.

  • https://youtu.be/7ylTzg7P9BA
    https://youtu.be/jq2KWVrLKEM
    https://youtu.be/2yciOJq-blw

  • Azerbaycan, sanat faaliyetleri açısından oldukça ileri bir seviyededir. Kamança üstadları da diyebilirim ki hemen her biri, bir diğerinden değerli. Ancak yeni nesil olarak baktığımızda, sizinve bir önceki neslin durumunu değerlendirebilir misiniz? Çünkü ben baktığım zaman yeni icracılar arasında kulağımı çok da dolduran bir virtüöz henüz göremiyorum. Belki zamanla olacaktır ama sonuçta biz de biraz uzak kalıyoruz. Yeni icracılar için bize neler söyleyebilirsiniz?

  • Hər dövrün öz tələblərinə və imkanlarına uyğun kamança ifaçısı və sənətkarları yetişir. Onların çoxu eyni fikri, eyni tərzi təkrarladıqları üçün indi siz mənə bu sualınızı verirsiniz (.....yeni icracılar arasında kulağımı çok da dolduran bir virtüöz henüz göremiyorum.) Yeni icraçılara bunları tövsiyə edə bilərəm:

  • Milli musiqinizin tarixine nəzər salıb, onun incəliklərini araşdırıb, anlamağa çalışın.

  • Qərb musiqisini üstün tutub, öz milli musiqinizə yuxarıdan aşağı baxmayın!

  • Qərb musiqisinin dərinliklərinə yiyələnin, öyrənin və milli musiqinizə töhvə vermək üçün düzgün istifadə edin.

  • Ekim (Oktyabır) ayının 29-da, “Events Across Turkey” təşkilatının (organizasyon) İstanbul dinləyicilərinə təqdim edəcəyi “Istanbul Night Flight” konsertlər seriyasından olan “An Epic Symphony” adlı bu konsert, Topkapı Sarayının, Dünyanın İlk Müzeyi olaraq bilinən və Türkiyənin ən önəmli tarixi yerlərindən olmaqla bərabər, hal-hazırda  Anıt Müzeyi olaraq formunu qorumağa davam edən, Aya İrininde gerçəkləşəcək.
    Mən bu konsertdə səhnəni, Athena, Yusuf Taşkın, Sungun Babacan, Orhan Şallıel və Simfonik Orkestrlə bölüşəcəyəm. Repertuarımda solo və orkestirin müşayətilə müxtəlif əsərlər səslənəcək. Konsert haqda məlumatları bu saytdan alabilərsiniz.
    Biletix / Ticket Master Link  
    http://www.biletix.com/etkinlik/UK00A/ISTANBUL/tr

  • TuvART.com’a konuk olduğunuz için çok teşekkür ederim. Türkiye’de daha çok konserler vermeniz ve yeniden görüşmek dileğiyle Sevgili İmamyar Hasanov. Okuyucularımıza bütün bunlar haricinde neler söylemek istersiniz?

  • Mən bir daha sizə və oxucularımıza təşəkkür edib, hələ heç kimə açıqlamadığım bir xəbəri, sizin saytınızdan bildirmək istəyirəm. Bu yaxınlarda mən və “Events Across Turkey” təşkilatı, birge iş birliyinə imza atdıq. 2018-ci ildən başlayaraq, Türkiyənin bütün şəhərlərində, dünyanın tanınmış sənətçilərinin mənimlə sintezini, teqdim edeceyik. 



    İmamyar Hasanov - 2017
    Azerbaycan Kamança Virtüözü
    Sosyal Sayfa : Facebook/İmamyar-Hasanov

İmamyar Hasanov - Mini Albüm

İmamyar Hasanov - Solo Performans
"Geceler Bulag Başı"

bottom of page